Novak Cokoviç 9-cu dəfə “Australian Open” turnirinin qalibi olub
Serbiyalı tennisçi Novak Cokoviç karyerasında 9-cu dəfə Avstraliya açıq çempionatının (Australian Open) qalibi olub.

Fevralın 21-də kişilər arasında keçirilən final qarşılaşmasında Novak Rusiya tennisçisi Daniil Medvedevə üç setdə qalib gəlib (7:5, 6:2, 6:2).

Qeyd edək ki, Novak Cokoviç, həmçinin “Böyük dəbilqə” seriyasından olan ABŞ açıq çempionatının da üçqat qalibidir (2011, 2015 və 2018).

Xatırladaq ki, Avstraliya açıq çempionatının qadınlar arasında keçirilən final görüşündə yaponiyalı Naomi Osaka ABŞ tennisçisi Cennifer Brediyə iki setdə (6:4, 6:3) qalib gələrək ikinci dəfə turnirin qalibi olub.


Xəbər 453 dəfə oxundu.