"Qalatasaray" "Alanyaspor"u minimal hesabla məğlub edib
Fevralın 20-də futbol üzrə Türkiyə çempionatının XXVI turunun növbəti qarşılaşmasında "Qalatasaray" səfərdə "Alanyaspor"un qonağı olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi rəqibini minimal hesabla məğlub edib. "Qalatasaray"ın yeganə qolunu 18-ci dəqiqədə Emre Qılınc vurub.

Günün digər matçında isə “Kasımpaşa” doğma meydanda “Fatih Karagümrük”ü 3:2 hesabı ilə üstələyib. "Konyaspor" səfərdə "Yeni malatyaspor"a 2:3 hesabı ilə qalib gəlib. “Dənizlispor” isə "Gənclərbirliyi"dən üstün olub – 1-0.

Turun digər oyunları fevralın 21 və 22-də keçiriləcək.


Xəbər 379 dəfə oxundu.