Millimizin üzvü “Barselona” ilə oyunda fərqlənib
Futzal üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib.

Millimizin üzvü Eduardonun da çıxış etdiyi “Aner-Villnev” (Fransa) “Barselona” (İspaniya) ilə qarşılaşıb. Matç Kataloniya komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

Fransa təmsilçisinin oyundakı yeganə qolunu Eduardo vurub. O, 9-cu dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Aner-Villnev” bu mərhələdə uduzmaqla turnirlə vidalaşıb.

Xəbər 451 dəfə oxundu.