Azərbaycan atletləri İstanbulda keçiriləcək Balkan çempionatında iştirak edəcəklər
Azərbaycan atletləri fevralın 20-də İstanbulda start götürəcək 26-cı Balkan çempionatında iştirak edəcəklər.

Yarışda Azərbaycan dörd idmançı ilə təmsil olunacaq. Ölkəmizi üçtəkanla tullanma növündə Avropa çempionu Nazim Babayev, Rüstəm Məmmədov və Yekaterina Sarıyeva təmsil edəcəklər. Uzunluğa tullanma yarışında isə idmançılarımızdan Yelena Pextireva mübarizə aparacaq.

Komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışacaq.

Xəbər 458 dəfə oxundu.