WADA idmançıların koronavirusa qarşı peyvənd edilməsi üçün heç bir maneə görmür
Ümumdünya Antidopinq Agentliyi (WADA) idmançıların koronavirusdan qorunmaları məqsədilə peyvənd edilmələri üçün heç bir maneə görmür.

Bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, indiyədək insanların istifadəsi üçün təsdiqlənmiş SARS-Cov-2 peyvəndlərinə gəldikdə, onlar qadağan edilmiş maddələr siyahısında olmadığı üçün WADA-nın xüsusi narahatlığı yoxdur.

Xatırladaq ki, bu vaksinlərin hazırlanmasına keçən ilin ortalarında koronavirus pandemiyası zamanı başlanılıb.

Xəbər 447 dəfə oxundu.