Azərbaycan Premyer Liqası: “Səbail” klubu “Sabah” komandasını məğlub edərək beşinci yerə yüksəlib
Fevralın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

Turun açılış matçında “Səbail” klubu “Sabah” komandasını qəbul edib. “ASCO Arena”da keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər iki qolu Amil Yunanov vurub. O, 16-cı və 77-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Bu qələbədən sonra “Səbail” xal ehtiyatını 16-ya çatdırıb və beşinci pilləyə yüksəlib. On dörd xalı olan “Sabah” isə yeddinci sırada qərarlaşıb. Qeyd edək ki, günün digər matçında “Sumqayıt” son ölkə çempionu “Qarabağ” klubunu qəbul edəcək.

Xatırladaq ki, tura fevralın 20-də “Keşlə” – “Zirə” və “Neftçi”- “Qəbələ” matçları ilə yekun vurulacaq.

Xəbər 339 dəfə oxundu.