“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin səhhəti pisləşib
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin səhhəti pisləşib. İdman.com.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Zestafoni” klubu ilə Bakıdakı oyunda sağlıq durumundakı problemlə əlaqədar iştirak etməyən 54 yaşlı mütəxəssis bu gün səfərdə keçiriləcək cavab matçında da komandasının başında olmayacaq. Moskvaya aparılan çalışdırıcı orada beynindən cərrahiyyə əməliyyatı olunacaq.

Qeyd edək ki, Hacıyev 1 il öncə bu vəzifəyə təyinat alıb.

Xəbər 915 dəfə oxundu.