Futbol üzrə Azərbaycan çempionatının XVI turunun oyunlarına hakim təyinatları açıqlanıb
Fevralın 19-da start götürəcək futbol üzrə Azərbaycan çempionatının XVI turunun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

“ASCO Arena”da keçiriləcək “Səbail” – “Sabah” oyununu Rəhim Həsənov idarə edəcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

Həmin gün saat 18:00-da baş tutacaq “Sumqayıt” – “Qarabağ” matçının baş hakimi Rəşad Əhmədov olacaq. Görüş “Kapital Bank Arena”da stadionunda oynanılacaq.

Fevralın 20-də “ASK Arena”da baş tutacaq “Keşlə” – “Zirə” görüşdə baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşma saat 16:00-da təşkil olunacaq.

Tura həmin gün keçiriləcək “Neftçi” - “Qəbələ” oyunu ilə yekun vurulacaq. İnqilab Məmmədov idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.

Turun görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 15 turdan sonra turnir cədvəlinə 30 xalla “Neftçi” klubu başçılıq edir. Aktivində 29 xalı olan “Qarabağ” ikinci, 24 xalla “Zirə” üçüncü, “Sumqayıt” isə 22 xalla dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Qəbələ” (18), “Sabah” (14), “Səbail” (13) və “Keşlə” (13) klubları yer alıblar.

Xəbər 397 dəfə oxundu.