UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk matçlarının ən yaxşı futbolçusu məlum olub
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu seçilib.

Fransanın “Paris Sen-Jermen” klubunun hücumçusu Kilian Mbappe səsvermə nəticəsində həftənin ən yaxşı futbolçusu adına layiq görülüb. İyirmi iki yaşlı fransalı futbolçu komandasının səfərdə “Barselona” klubunu 4:1 hesabı ilə məğlub etdiyi oyunda het-trik edib.

Futbolçu səsvermədə Məhəmməd Salah (“Liverpul”), Erlinq Haaland (“Borussiya Dortmund”) və Serjiu Oliveyranı (“Porto”) qabaqlayıb.

Qeyd edək ki, Məhəmməd Salah komandasının Almaniyanın “Leyptsiq” klubunu 2:0 hesabı ilə məğlub etdiyi səkkizdəbir finalın ilk matçında dubl edib. Erlinq Haaland isə İspaniyada “Sevilya”nı 3:2 hesabı ilə məğlub etdiyi görüşdə eyni sayda qol vurub. S.Oliveyra isə “Yuventus”u 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

Xəbər 442 dəfə oxundu.