Xorvatiyalı futbolçu doğma kəndinin bütün sakinlərinin borclarını ödəyib
“Milan” komandasının xorvatiyalı hücumçusu Ante Rebiç doğma kəndinin bütün sakinlərinin borclarını ödəyib.

Bu barədə Xorvatiyanın “Novizivot” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, A.Rebiç kənddə 500 sakinin borclarını ödəməklə doğma yurdunu unutmadığını sübut edib. İyirmi yeddi yaşlı futbolçu xorvatiyalı uşaqlar üçün yeni reabilitasiya mərkəzinin inşasına görə 10 min avro bağışlamaqla və həmyerlisi, leykemiya xəstəliyindən müalicə alan iki yaşlı qızın ABŞ-da müalicəsini maliyyələşdirməklə də gündəmə gəlib.

Ante Rebiç Xorvatiyanın Split şəhəri yaxınlığında yerləşən kiçik İmotski qəsəbəsində anadan olub. O, 19 yaşında doğma yurdundan ayrılaraq “Fiorentina” klubunda forma geyinməyə başlayıb.

Xəbər 459 dəfə oxundu.