UEFA Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
Fevralın 19-da UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Bu ada İngiltərənin “Mançester Yunayted” klubundan Bruno Fernandeş, “Tottenhem”dən Qaret Beyl, Xorvatiyanın “Dinamo Zaqreb” komandasından Bruno Petkoviç və Almaniyanın “Hoffenheym” komandasından Munas Dabbur iddialıdırlar.

B.Fernandeş səfərdə İspaniyanın “Real Sosyedad” klubuna 4:0 qalib gəldikləri matçda dubl edib. Q.Beyl Avstriyada “Volfsberq”i 4:1 hesabı ilə məğlub etdikləri görüşdə bir dəfə fərqlənib. Bruno Petkoviç komandasının Rusiyada “Krasnodar”ı 3:2 hesabı ilə məğlubiyyətə uğratdığı görüşdə, Munas Dabbur isə “Hohhenheym” ilə Norveçin “Molde” klubu arasında 3:3 hesabı ilə başa çatan görüşdə dubla imza atıblar.

Qeyd edək ki, qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Xəbər 406 dəfə oxundu.