Tomas Bax: Seyko Haşimoto “Tokio-2020” Təşkilat Komitəsinin sədri vəzifəsinə ideal şəkildə uyğun gəlir
Yaponiyanın Olimpiya və Paralimpiya Oyunları üzrə sabiq naziri xanım Seyko Haşimoto geniş təcrübəyə sahibdir və “Tokio-2020” Təşkilat Komitəsinin sədri vəzifəsinə ideal şəkildə uyğun gəlir.

Bu fikri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib.

O qeyd edib ki, “Tokio-2020” Təşkilat Komitəsinə qadının rəhbər təyin edilməsi, eyni zamanda, Tokio Olimpiadasının gündəliyində müzakirə edilən mövzulardan biri olan gender bərabərliyi ilə əlaqədar çox vacib bir siqnaldır.

Xatırladaq ki, təşkilat komitəsinin sabiq sədri, 83 yaşlı Yoşiro Mori qadınlar barədə səsləndirdiyi fikirlərə görə kəskin tənqid olunub və istefa verməli olub.

S.Haşimoto yeddi dəfə Olimpiya Oyunlarında iştirak edib. 1992-ci ildə o, Fransanın Albervil şəhərində keçirilən Qış Olimpiya Oyunlarında qadınlar arasında 1500 metr məsafəyə qaçışda üçüncü yeri tutub.

Xəbər 334 dəfə oxundu.