Millimizin Tovuzda təlim-məşq toplanışı olacaq
Fevralın 20-dən martın 2-dək Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz toplanış çərçivəsində fevralın 25-də “Turan Tovuz”, martın 2-də isə “Kəpəz”lə yoxlama oyunu keçirəcək.

Xəbər 378 dəfə oxundu.