Futbol üzrə Kipr yığmasının yeni baş məşqçisi müəyyənləşib
Futbol üzrə Kipr yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.

Milliyə Nikos Kostenoqlu rəhbərlik edəcək. Əlli bir yaşlı mütəxəssislə yaxın günlərdə müqavilənin imzalanacağı bildirilib. Kostenoqlu bu vəzifədə istefaya göndərilmiş Yohan Valemi əvəzləyəcək.

Xatırladaq ki, Kipr seçməsi UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə Azərbaycanla eyni qrupda yer alıb. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Canni De Byazinin başçılıq etdiyi kollektiv ikinci görüşdə qolsuz heç-heçəyə razılaşıb.

Xəbər 365 dəfə oxundu.