Ağırlıqqaldırma idman növü ilə bağlı antidopinq qaydaları sərtləşdirilib
Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsi Müstəqil Antidopinq Komissiyasının bir il ərzində yarışların dayandırması ilə nəticələnən qayda pozuntularının sayının azaldılması ilə bağlı tövsiyəsini təsdiqləyib.

Bu barədə IWF-nin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilib ki, antidopinq qaydaları ilə bağlı maddənin 12-ci bəndi bərpa edilib. Belə ki, bundan sonra bir il ərzində əvvəllər olduğu kimi 4 deyil, artıq üç qayda pozuntusuna yol vermiş idmançı cəzalandırılacaq.

IWF prezidenti vəzifəsini icra edən Maykl İrani bildirib ki, qəbul edilən qərarlar qurumun son illərdə təmiz idman və şəffaflığın təşviqi sahəsində qazanılmış irəliləyişi davam etdirmək üçün qətiyyətini əks etdirir.

Xəbər 559 dəfə oxundu.