"Red Bull" yeni pilotu Serxio Peres üçün əlavə test yürüşləri təşkil edəcək
Formula 1 komandası "Red Bull" yeni pilotu Serxio Peres üçün əlavə test yürüşləri təşkil edəcək.

Test yürüşü "Toro Rosso" komandasının 2018-ci ildə dünya çempionatında istifadə olunan bolidində təşkil ediləcək. Əlavə test martın 12-14-də Bəhreyndə keçiriləcək rəsmi sınaq yürüşlərindən əvvəl baş tutacaq.

Qeyd edək ki, Formula 1-in yeni mövsümündə S.Peres "Red Bull"da Aleksandr Albonu əvəz edəcək. Ötən mövsüm S.Peres "Racing Point" komandasının heyətində pilotların sıralamasında 125 xalla dördüncü olub.

Xəbər 560 dəfə oxundu.