“Sabah” klubu heyətini ukraynalı müdafiəçi ilə gücləndirib
Bakının “Sabah” futbol klubu heyətini müdafiəçi ilə gücləndirib.

Ukraynalı müdafiəçi Zurab Oçiqava ilə imzalanan müqaviləyə əsasən futbolçu cari mövsümün sonunadək komandanın formasını geyinəcək.

İyirmi beş yaşlı Z.Oçiqava karyerası ərzində Ukraynanın “İlyiçevets” (2014-2015), “Dinamo-2” (Kiyev, 2015-2016), “Dinamo” (Kiyev, 2016-2017), “Olimpik” (Donetsk, 2017-2018), “Dnepr-1” (2018-2019), “Vorskla” (2019-2020) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukraynanın U-21 millisinin üzvü olub.

Futbolçu yeni komandasında 3 nömrəli formada çıxış edəcək.

Xəbər 302 dəfə oxundu.