Millimizin üzvü Mahir Emreli Polşa klubunun diqqət mərkəzindədir
"Qarabağ"ın və millimizin futbolçusu Mahir Emrelinin mümkün transferi Polşanın yüksək liqa təmsilçisi "Rakuv"un hələ də gündəmindədir.

Bu barədə klubun baş məşqçisi Marek Papşun Polşa mətbuatına müsahibəsində deyib. O, millimizin üzvünün transfer məsələsinin indi də aktual olduğunu bildirib: "Mən belə düşünürəm. Amma siyahımızda 8-9 hücumçunun adı var. Odur ki, hər şey mümkündür".

Qeyd edək ki, M.Emreli də verdiyi açıqlamada legioner həyatı yaşamaq istədiyini və yayda “Qarabağ”dan ayrılacağını bildirib.

Xəbər 390 dəfə oxundu.