"Neftçi" klubu yeni hücumçusunu təqdim edib
Bakının "Neftçi" klubunun Bolqarıstanın SSKA (Sofiya) komandasından icarəyə götürdüyü futbolçu Əhməd Əhmədovu təqdim edib.

Paytaxt klubu 25 yaşlı hücumçunun keçidi ilə bağlı video paylaşıb.

Bolqarıstanlı futbolçu "ağ-qaralar"ın heyətində 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Neftçi" türk əsilli futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Xəbər 406 dəfə oxundu.