“Xəzər Lənkəran”ın Polşaya səfəri yubanır
“Xəzər Lənkəran”ın Avroliqanın II təsnifat mərhələsində Polşaya səfəri yubanır. İdman.com.az saytının məlumatına görə, bu, “Lex”lə cavab oyunun keçirmək üçün nəzərdə tutulan çarter reysinin gecikməyi ilə bağlıdır. Lənkəranlılar bu gün saat 15:00-da Rusiyanın “Aeroflot” şirkətinə məxsus 120 nəfərlik təyyarə ilə Poznana yollanmağı nəzərdə tutulub. Ancaq reys naməlum səbəblərdən gecikir və bunun 4-5 saat çəkəcəyi istisna edilmir.

Xəbər 1051 dəfə oxundu.