“Gimnastika hamı üçün” növü üzrə birinci onlayn milli festival keçiriləcək
Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq martın 19-da “Gimnastika hamı üçün” növü üzrə birinci onlayn milli festival keçirəcək.

Festival saat 14:00-da baş tutacaq. Festivalda iştirak ödənişli əsaslarla həyata keçirilir və 1 qrup üçün iştirak haqqı 30 manat təşkil edir. Yığılan məbləğ xeyriyyə məqsədilə istifadə olunacaq.

Festivalın direktoru Mariana Vasilevanın sözlərinə görə, festivalın təşkil edilməsində məqsəd pandemiya dövründə idmançı ruhunu qorumaq və bu idman növünü təbliğ etməkdir.

Xəbər 399 dəfə oxundu.