UEFA Gənclər Liqasının cari mövsümü ləğv olunub
UEFA İcraiyyə Komitəsi COVID-19 pandemiyasının turnirlərin təşkilinə göstərdiyi mənfi təsirləri nəzərə alaraq, UEFA Gənclər Liqası turnirinin 2020/2021-ci il mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul edib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, UEFA İcraiyyə Komitəsi tərəfindən bir müddət əvvək turnirin startının təxirə salınması barədə qərar qəbul olunmuşdu. Lakin ötən müddət ərzində mövcud şəraitin bu beynəlxalq turnirin başlanmasına imkan verməməsi, UEFA Klub Yarışları Komitəsi və Avropa Klublar Assosiasiyası ilə aparılmış məsləhətləşmələrdən sonra Gənclər Liqasının cari mövsümünün ləğvi məqsədəuyğun sayılıb.

Xatırladaq ki, turnirdə “Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət komandası mübarizə aparmalı idi. Əyalət təmsilçisi martın 4-də 1/32 fnal mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.

Xəbər 385 dəfə oxundu.