Bu gün Azərbaycan millisi İspaniya yığmasını qəbul edəcək
Bu gün "Avro-2021"in seçmə qrup mərhələsi çərçivəsində qadın futbolçulardan ibarət Azərbaycan millisi İspaniya yığması ilə qarşılaşacaq.

Bakıdakı "ASK Arena"da keçiriləcək oyunu italiyalı baş hakim Mario Marotta idarə edəcək. Ona həmyerliləri Francesca Di Monte və Veronika Vettorel kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valentina Finzi yerinə yetirəcək.

Görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, millimiz növbəti oyununu fevralın 23-də Moldova yığmasına qarşı keçirəcək. Həmin matç da Bakıda təşkil olunacaq.

Xəbər 378 dəfə oxundu.