"Marsel" klubu Xorxe Sampaoli ilə anlaşıb
Fransanın “Marsel” futbol klubunun yeni baş məşqçisi məlum olub.

Liqa 1 təmsilçisini bundan sonra Xorxe Sampaoli çalışdıracaq. Onunla 2023-cü ilədək müqavilə imzalanacaq.

Qeyd edək ki, 60 yaşlı argentinalı mütəxəssis bu vəzifədə portuqaliyalı Andre Villaş Boaşı əvəzləyəcək.

Xəbər 349 dəfə oxundu.