Azərbaycan-Moldova oyununu italiyalı hakim idarə edəcək
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə ev matçının hakimləri açıqlanıb.

Qarşılaşmanı italiyalı Culio Kolombin idarə edəcək. Ona san-marinolu Daniele Dadamo köməklik göstərəcək.

Martın 4-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan-Moldova görüşü saat 19:00-da başlayacaq.

Jose Alesionun baş məşqçi olduğu komanda iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.

Xəbər 344 dəfə oxundu.