Futbol üzrə Gürcüstan yığmasının baş məşqçisi müəyyənləşib
Fransa millisinin sabiq futbolçusu Villi Sanyol Gürcüstan yığmasının baş məşqçisi təyin olunub.

Bu barədə Gürcüstanın Futbol Federasiyası məlumat yayıb.

Veteran müdafiəçi yeni vəzifəsində bu il martın 25-də debüt edəcək. Həmin gün Gürcüstan millisi dünya çempionatının seçmə mərhələsində İsveçlə qarşılaşacaq.

Gürcüstan yığmasının keçmiş baş məşqçisi Vladimir Vayss ötən ilin noyabrında istefa verib.

Qeyd edək ki, 2001-ci ildə Almaniya "Bavariya"sının heyətində UEFA Çempionlar Liqasının qalibi olmuş V.Sanyol Bundesliqada 5 dəfə çempionluq sevinci yaşayıb. O həmçinin, Fransa millisi ilə 2006-cı ildəki dünya çempionatının gümüş medalçısı olub. Sanyol 2014 - 2016-cı illərdə ölkəsinin "Bordo" klubuna başçılıq edib.

Xəbər 362 dəfə oxundu.