“Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
Fevralın 18-də Təl-Əvivdə start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin püşkatması keçirilib və cüdoçularımızın rəqibləri müəyyənləşib.

Yarışın birinci günündə kişilər arasında 60 kiloqram çəki dərəcəsində Kəramət Hüseynov Eşli Makkenzi (Böyük Britaniya), Davud Məmmədsoy Morits Plafki (Almaniya), 66 kiloqram çəkidə Orxan Səfərov Amit Boboviç (İsrail), Nicat Şıxəlizadə Petr Jukov (Rumıniya) ilə güclərini sınayacaqlar.

Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı Tamar Malka (İsrail), Leyla Əliyeva Şira Rişoni (İsrail), 52 kiloqram çəkidə isə Gültac Məmmədəliyeva Eleudis Valentim (Braziliya) ilə tatamidə qarşılaşacaqlar.

Yarışın ikinci günündə tatamiyə çıxacaq cüdoçular - Telman Vəliyev (73 kq) Lukas Rayter (Avstriya), 81 kiloqram çəkinin nümayəndələri Zelim Tskayev Ben Haroç (İsrail), Hidayət Heydərov Marsel Çerça (Rumıniya) ilə döyüşəcəklər.

Yarışın son günündə 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev Orelyen Diss (Fransa), 100 kiloqram çəkidə Elmar Qasımov İoakim Dvarbi (İsveç), Zelim Kotsoyev Boris Georgiyev (Bolqarıstan) ilə mübarizə aparacaqlar. Ağır çəkili cüdoçular (100 kiloqramdan yuxarı) Uşangi Kokauri Ben Spiykers (Niderland), Camal Feyziyev Serafim Kompanyes (İsrail) ilə ilk qarşılaşmalarını keçirəcəklər.

Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparacaq.

Xəbər 401 dəfə oxundu.