Şəhriyar Məmmədyarov gənc şahmatçılara master-klass keçəcək
Qrossmeyster Şəhriyar Məmmədyarov gənc şahmatçılara master-klas keçəcək.

Master-klas “Grand Master” Şahmat Klubunun təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, master-klaslar iki həftə ərzində hər həftə iki dəfə olmaqla (şənbə və bazar günləri) keçiriləcək. Şahmat dərsləri karantin qaydalarına riayət olunmaqla təşkil ediləcək. Ş,Məmmədyarov beş saat ərzində gənc şahmatçılara bu idman növünün sirlərini öyrədəcək.

Xəbər 476 dəfə oxundu.