“Carnavales de Gran Canaria 2021” şahmat turnirinin qalibi müəyyənləşib
Blits üzrə onlayn formatda keçirilən “Carnavales de Gran Canaria 2021” turnirinə yekun vurulub.

Azərbaycan şahmatçılarının da iştirak etdikləri yarışda 11 turdan 10 xal toplayan hindistanlı qrossmeyster Raunak Sadvani qalib adını qazanıb.

Şahmatçılarımız arasında ən yüksək nəticəni Vüqar Rəsulov və Zaur Məmmədov göstəriblər. Onlar 9 xalla ilk onluqda yer alıblar.

“Lichess.org” platforması vasitəsilə keçirilən yarışda 600-dən çox şahmatçı iştirak edir.

Xəbər 420 dəfə oxundu.