İsrail klubu "Qarabağ"ın legioneri ilə maraqlanır
“Qarabağ”ın müdafiəçisi Kevin Medina karyerasını İsraildə davam etdirə bilər.

Kolumbiyalı futbolçu bu ölkənin məşhur klublarından olan “Makkabi”nin maraq dairəsinə düşüb. Hayfa təmsilçisi futbolçunu transfer etmək istəyir. Klub rəsmiləri futbolçunu Ağdam təmsilçisinin Avroliqada Təl-Əviv “Makkabi”si ilə oyununda bəyəniblər. İsrail təmsilçisi Medina üçün mövsümün sonunda “Qarabağ”la danışıqlara başlamaq istəyir.

Xatırladaq ki, Kevin Medina cari mövsümün əvvəlində “Qarabağ”a keçib.

Xəbər 473 dəfə oxundu.