Millimizin heyətində dəyişiklik olub | |
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Moldova yığmalarına qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Rusiyanın “Zenit” klubunun üzvü Jalə Məhsimovanın əvəzinə toplanışa Lamiyə Əlizadə (8-iOEUGiM) dəvət olunub. Qeyd edək ki, İspaniya ilə qarşılaşma fevralın 18-də, Moldova ilə oyun isə ayın 23-də təşkil olunacaq. Hər iki qarşılaşma ASK Arenada keçiriləcək. |
|
Xəbər 379 dəfə oxundu. |
|
|