Şəhriyar Məmmədyarov “Carnavales de Gran Canaria 2021” turnirində mübarizə aparır
Onlayn formatda “Carnavales de Gran Canaria 2021” şahmat turniri start götürüb.

Turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edir. Onunla yanaşı, şahmatçılarımız Vüqar Rəsulov, Rəhim Qasımov, Zaur Məmmədov, Gülnar Məmmədova, Read Səmədov, Türkan Məmmədyarova, Uğur İlyaslı, Mələk İsmayıl, Səmra Qasımova, Aytac Məmmədova, Allahverdi Həmidov, Fidan Təhməzova yarışda mübarizə aparırlar. Turnir blits üzrə keçirilir və 11 turdan ibarətdir.

“Lichess.org” platforması vasitəsilə keçirilən yarışda 600-dən çox şahmatçı iştirak edir.

Xəbər 379 dəfə oxundu.