Beynəlxalq Triatlon Birliyi yeni mövsümün təqvimini açıqlayıb
Beynəlxalq Triatlon Birliyi (BTİ) yeni mövsümün təqvimini açıqlayıb.

Mövsüm mayın 8-9-da Osakada (Yaponiya) keçiriləcək dünya kuboku ilə açılacaq. Cari ildə, ümumilikdə, 9 turnirin təşkili planlaşdırılır.

Dünya triatlon seriyasına gəlincə, ilk mərhələ mayın 15-də Yokohamada (Yaponiya) baş tutacaq.

Xatırladaq ki, əvvəllər qurumun İcraiyyə Komitəsi Olimpiya seçmə yarışlarının mayın 1-dən sonra davam etdirilməsinə qərar verib.

Xəbər 403 dəfə oxundu.