“Qəbələ”nin legionerinin Türkiyə klubuna keçidi alınmayıb
“Qəbələ”nin hücumçusu Ceyms Adeniyeyə növbəti təklif gəlib.

Türkiyə Birinci Liqasında mübarizə aparan “Ümraniyəspor” nigeriyalı legionerin transferi üçün qarşı tərəfə müraciət edib. Qardaş ölkə təmsilçisi afrikalı forvardın özü ilə şəxsi müqavilə şərtlərini razılaşdırsa da, “Qəbələ” ilə ortaq məxrəcə gələ bilməyib. Belə ki, “Ümraniyəspor” Azərbaycan klubuna təzminat ödəmək istəməyib.

Xəbər 377 dəfə oxundu.