Serbiya millisinin hücumçusu Aleksandar Mitroviç koronavirusa yoluxub
İngiltərənin “Fulhem” klubunun və Serbiya millisinin futbolçusu Aleksandar Mitroviç koronavirusa yoluxub.

27 yaşlı hücumçu bu səbəbdən Premyer Liqanın XXVII turunda "Everton"u səfərdə 2:0 hesabı ilə məğlub etdikləri oyunu buraxıb.

Serbiyalı oyunçunun testi görüşdən əvvəl müsbət çıxıb. Onun qarşıdakı bir neçə oyunu da buraxacağı gözlənilir.

Qeyd edək ki, Serbiya millisi dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. “A” qrupunun martın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan-Serbiya matçı saat 20:00-da başlayacaq.

Xəbər 584 dəfə oxundu.