Romelu Lukaku karyerasında 300-cü qolu vurub
İtaliya A seriyasının 22-ci turunda “İnter”-“Latsio” görüşündə iki qol vuran Belçika millisinin hücumçusu Romelu Lukaku bu nəticə ilə karyerasında 300-cü qola imza atıb.

Bundan əlavə, Lukaku İtaliya çempionatının cari mövsümündə 15-ci və 16-cı qollarını vurub. Bununla da A Seriyasının bombardiri Kriştiano Ronaldonun nəticəsini təkrarlayıb.

Qeyd edək ki, 2019-cu ildən İtaliya klubunda çıxış edən belçikalı forvard 80 oyunda 56 qol vurub.

Xəbər 384 dəfə oxundu.