Leonel Messi Xavinin rekordunu yeniləyib
Lionel Messi İspaniya çempionatının 23-cü turunda "Alaves"lə matçda "Barselona"nın start heyətində yer alıb.

La Liqada Kataloniya klubunun forması ilə 505-ci matçına çıxan argentinalı bu göstərici ilə Xaviyə çatıb. Futbolçu “Barselona”nın formasında daha bir matç keçirsə, mütləq rekordçu olacaq.

Xatırladaq ki, Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən on ilin ən yaxşı oyunçusu seçilib.

Xəbər 367 dəfə oxundu.