Məsut Özilin “Fənərbağça” forması rekord məbləğə satılıb
“Fənərbağça”nın Məsut Özilin imzaladığı 3 formanı satdığı qiymət müəyyənləşib.

Yarımmüdafiəçinin təqdimat mərasimində imzaladığı formalardan “Fənərbağça”nın ümumilikdə 36 min 50 avro əldə etdiyi açıqlanıb. Belə ki, sarı-lacivərt zolaqlı ev forması 26 min, qızılı dizaynlı forma 4 min 800, lacivərt rəngli forma isə 5 min 250 avroya satılıb.

“Matchwornshirt” saytında satışa çıxarılan zolaqlı forma rekord qiymətə alınıb. Belə ki, həmin futbolka Neymarın 13 min avroluq PSJ formasını da geridə qoyub.

Xəbər 513 dəfə oxundu.