Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşları təltif edilib
Prezident İlham Əliyev fevralın 15-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”, bir nəfər 3-cü dərəcəli “Əmək” ordeni ilə, 7 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.

Xəbər 418 dəfə oxundu.