AFFA-nın VAR ilə bağlı FIFA ilə videokonfrans formatında ilk görüşü olub
Azərbaycan VAR (videoköməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı fevralın 15-də FIFA ilə videokonfrans formatında ilk görüş keçirilib.

VAR sisteminin tətbiqi bu ilin martından etibarən mərhələli şəkildə təmin olunacaq.

Birinci mərhələdə ali futbol qurumu VAR-la bağlı ilkin rəy verəcək və bu, 1,5-3 ay davam edəcək. İkinci etapda müvafiq bəyannamə qəbul olunacaq. Hazırlıq və məşq mərhələsindən sonra layihə təsdiqlənəcək. Sonuncu - 5-ci isə monitorinq və nəzarət mərhələsidir ki, bu da davamlı şəkildə keçiriləcək.

Qeyd edək ki, pandemiya ilə əlaqədar göstərilmiş müddətlərdə müəyyən gecikmələr ola bilər.

Xəbər 388 dəfə oxundu.