"Simurq" növbəti məşqlərini keçirib
Avstriyada növbəti mövsümə hazırlıqları davam etdirən "Simurq" növbəti məşqlərini keçirib. İdman.com.az saytının məlumatına görə, komanda fitnes zalında fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki tapşırıqları yerinə yetirıb. Sarı-qaralar daha sonra məşq meydanına keçib. Qaçış və isinmə hərəkətlərindən sonra futbolçular məşçilər korpusu tərəfindən mövqelərinə görə bölünub.

Müdafiəçilər qısa ötürmələr və hücum qurma tapşırıqları üzərində işləyib. Digər futbolçular isə cəld hücuma çıxış və qapıya zərbələr üzərində çalışıb. Növbəti məşq qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra yetirmələrini iki qrupa bölən baş məşqçi Georgi Çixradze və köməkçi məşqçi İqor Getman onları qısa ötürmələr üzərində məşq etməsini lazım bilib.

Qolkiperlər Dmitri Kramarenko və Əyyub Əliyev qapıçılar üzrə məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı, xüsusi tapşırıqlar üzərində məşq edib. Komandanın məşqlərini klub prezidenti Anar Bəkirov və vitse-prezident Aydın Rizayev də izləyib.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "Simurq"un düşərgəsinə baxışa dəvət olunun legioner futbolçular gəlməkdə davam edir. Bu gün daha bir oyunçu - 28 yaşlı afrikalı hücumçu Zeka Qoore komanda ilə məşqlərə çıxıb.

Xəbər 957 dəfə oxundu.