Dubay Qran-Prisində uğurla çıxış edən paralimpiyaçılarımız Vətənə qayıdıblar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə milli komandası fevralın 15-də Vətənə qayıdıb.

Dubayda keçirilmiş Qran-Pridə 6 idmançı ilə təmsil olunan komandamız yarışlarda 1 qızıl və 2 bürünc medal qazanıb. Belə ki, Heydər Həmidli nizə atmada (F57 kateqoriyası) birinci, Elvin Astanov (F53 kateqoriyası) və Oloxan Musayev (F56 kateqoriyası) nüvə itələmə yarışlarında üçüncü pillədə yer alıblar.

H.Həmidli və E.Astanov dünya reytinqinin ilk onluğunda qərarlaşaraq “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını daha da artırıblar.

Qeyd edək ki, aprelin 1-də Beynəlxalq Para Atletika Federasiyası “Tokio-2020”yə lisenziya qazanmış idmançıların adlarını açıqlayacaq.

Bu günə paraatletlərimizdən Oloxan Musayev, Samir Nəbiyev və Kamil Əliyev 2019-cu ildə dünya çempionatındakı nailiyyətlərinə görə “Tokio-2020”yə birbaşa lisenziya qazanıblar.

Xəbər 426 dəfə oxundu.