Triatlon üzrə Olimpiya seçmə mərhələsi mayın 1-dən tez başlamayacaq
Beynəlxalq Triatlon Birliyi (BTİ) Tokio Olimpiadasına təsnifat mərhələsinin başlamasının təxirə salınması ilə bağlı qərar qəbul edib.

Bu barədə qurumun rəsmi saytında məlumat verilib. Qərar Tibbi və Texniki komitələr, idmançılar və məşqçilərlə məsləhətləşmələrdən sonra açıqlanıb. Məlumatda bildirilib ki, BTİ İcraiyyə Komitəsi Olimpiada üçün seçim turnirlərinin mayın 1-dən tez keçirilməsinin mümkün olmayacağına əmindir.

Olimpiya lisenziyaları uğrunda yarışların başlanması ilə bağlı tarix martın 18-də koronavirus pandemiyasının inkişafı təhlil edildikdən sonra açıqlanacaq.

Bundan əlavə, BTİ İcraiyyə Komitəsi 2021-ci il təqvimi ilə bağlı məsələlərə baxıb. Dünya çempionatları və dünya kuboku mərhələlərinin mayın 1-dək keçirilməməsi ilə bağlı qərar verilib.

Xəbər 476 dəfə oxundu.