Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin bürünc medalını qazanıb
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının üçüncü mərhələsi — “Opera Euro Rapid” adlı turnirin bürünc medalını qazanıb.

Şahmatçımız fransalı Maksim Vaşye-Laqravı 3-cü yer uğrunda mübarizədə məğlub edib.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Xəbər 398 dəfə oxundu.