İtaliya A Seriyası: “Yuventus” səfərdə “Napoli” klubuna məğlub olub
Futbol üzrə İtaliya A Seriyasında 22-ci turun mərkəzi qarşılaşması keçirilib.

"Napoli" öz meydanında "Yuventus" klubunu qəbul edib.

“Maradona” stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Neapol təmsilçisinin yeganə qoluna 31-ci dəqiqədə Lorenzo İnsinya imza atıb. O, hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Bu qələbə sayəsində "Napoli" xallarını 40-a çatdıraraq turnir cədvəlində dördüncü yerə yüksəlib. “Yuventus” isə 42 xalla üçüncü yerdə qərarlaşıb.

Xəbər 408 dəfə oxundu.