“Opera Euro Rapid”: Teymur Rəcəbov üçüncü yer uğrunda Maksim Vaşye-Laqrav ilə qarşılaşacaq
Fevralın 13-də “Champions Chess Tour” seriyası çərçivəsində “Opera Euro Rapid” turnirinin üçüncü mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizə aparacaq.

Şahmatçımızın rəqibi fransalı Maksim Vaşye-Laqrav olacaq. Qarşılaşmalar iki gün ərzində hər gün dörd oyun olmaqla keçiriləcək və qalib müəyyənləşməsə tay-breyk oynanılacaq.

Bu gün, həmçinin final oyunları baş tutacaq. Qalib adı uğrunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Uesli So ilə görüşəcək.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Xəbər 497 dəfə oxundu.