Şəhid Ülvü Məmmədovun xatirəsinə həsr olunmuş beynəlxalq blits turnirinə yekun vurulub
Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə beynəlxalq Zəfər Kubokuna yekun vurulub.

İki gün davam edən turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan ümumilikdə 118 şahmatçı iştirak edib.

Böyüklər arasında kişilərin yarışında qalib 7 xal toplayan Kənan Qarayev olub. Qadınların mübarizəsində isə Şəms Fərzəli hamını üstələyib.

Zəfər Kubokunda aşağı yaş qrupları üzrə də mübarizənin qalibləri müəyyənləşib.

Turnirin Qalibi
1. Kənan Qarayev - 7 xal
2. Mustafa Can (Türkiyə) - 6 xal
3. Rəvan Uğuzov - 6xal

Qızlar arasında
1. Şəms Fərzəli - 5 xal
2. Xanım İsmayılova - 5 xal
3. Gülsənəm Ağayeva - 5 xal

8 Yaş

1. Əsnad Baxşızadə
2. Fatimə Mirzəliyeva
3. Səfa Hümbətov

10 yaş

1. Suat İbrahimli
2. Murad Rzayev
2. Ekin Hanifə Çağlayan (Türkiyə)

12 yaş

1. Yunus Mahmudzadə
2. Şəmsəddin Mehdiyev
3. Cavad Xəlilzadə

Qeyd edək ki, əslən Quba rayonunun Alekseyevka kəndindən olan Ülvü Məmmədov Vətən müharibəsindən bir həftə öncə təlimlərə qoşulub. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ü.Məmmədov oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Beynəlxalq Zəfər Kuboku Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Quba Gənclər və İdman İdarəsi, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilir.

Xəbər 430 dəfə oxundu.