Gənclər üçün "Xaricdə təhsil həftəsi" layihəsi keçiriləcək
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Erasmus Student Network Azerbaijan və Azerbaijani Students and Alumni Platform”un birgə təşkilatçılığı ilə növbəti həftədən "Xaricdə təhsil həftəsi" layihəsi çərçivəsində vebinar təşkil ediləcək.

Layihə çərçivəsində keçiriləcək vebinarda xaricdə təhsil təcrübəsi olan gənclər üzləşdikləri problemlər, onların həlli üsulları barəsində məsləhətlər verib, bu təcrübənin özəlliklərindən danışacaqlar.

Son dövrlərdə azərbaycanlı tələbələrin beynəlxalq universitetlərə qəbul dərəcələri nəzərəçarpacaq dərəcədə artıb. Ancaq, hələ də müəyyən gənclər var ki, xaricdə təhsil almaq arzusunda olsalar da, bu xəyallarını reallaşdıra bilmirlər. Bu layihənin məqsədi məhz belə gənclərimizə yardım etmək və onları istiqamətləndirməkdir.

Xəbər 406 dəfə oxundu.