“Keşlə” klubu “Qəbələ”nin hücumçusunu transfer etmək istəyir
“Qəbələ”nin heyətində saxlamaq istəmədiyi Ceyms Adeniyi karyerasını elə Azərbaycanda davam etdirə bilər. Belə ki, “Keşlə” nigeriyalı futbolçunu transfer etmək istəyir.

Paytaxt təmsilçisi təcrübəli futbolçu ilə ilkin danışıqlar da aparıb. Adeniyinin icarə əsasında “Keşlə”də oynaması da mümkündür.

Qeyd edək ki, qış transfer pəncərəsində Adeniyinin İsrailin “Hapoel” (Kiryat Şimona) klubuna keçəcəyi gözlənilsə də, keçid müəyyən səbəblərdən reallaşmamışdı.

Xəbər 317 dəfə oxundu.