“Neftçi”nin sabiq məşqçisi Moldova yığmasına rəhbərlik edəcək
Bakının “Neftçi” futbol klubunun sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri müəyyənləşib.

İtaliyalı mütəxəssis Moldova yığmasına rəhbərlik edəcək.

Əlli dörd yaşlı baş məşqçi bu postda türkiyəli Engin Fıratı əvəzləyib. Onunla dünya çempionatının seçmə mərhələsinin sonunadək - 2021-ci il noyabrın 15-dək müqavilə bağlanıb.

Qeyd edək ki, R.Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.

Xəbər 386 dəfə oxundu.